Rusiya prezidenti ABŞ kəşfiyyatını dünyada ən güclülərdən saydığını deyib.
Bu barədə o, “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
“Gəlin ona daş atmayaq. Amerika kəşfiyyatı dünyada ən güclüdür, ancaq o da hər şeyi bilmir”, - deyə Putin aparıcı Vladimir Solovyovun “Rusiya Suriyada raketləri işə salandan sonra ABŞ kəşfiyyatı fəaliyyətini dayandırdı” fikrinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Rusiya Suriyada İŞİD-lə mübarizədə yüksək dəqiqlikli silahdan, o cümlədən qanadlı raketlərdən istifadə edib.
Qeyd edək ki, Kreml başçısı öncə Suriyadakı əməliyyat barədə Qərbdəki tərəfdaşlarını xəbərdar etdiklərini bildirmişdi./musavat
7news.az








