RU
Putin ABŞ şirkətinə qəyyum təyin edib
16:39
89

Putin ABŞ şirkətinə qəyyum təyin edib


7NEWS.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, ABŞ-ın qablaşdırma şirkəti Silgan Holdings-in Rusiyadakı aktivləri müvəqqəti olaraq yerli hökumətə verilib. Sərəncamda bildirilirdi ki, şirkətin Stupin və Enem şəhərlərindəki obyektləri Federal Əmlak İdarəetmə Agentliyi tərəfindən idarə olunacaq. Baş ofisi ABŞ-da yerləşən Silgan Holdings dünyanın aparıcı qablaşdırma şirkətləri sırasındadır. Rusiyada əvvəllər sanksiyalara cavab olaraq bəzi Qərb şirkətlərinin aktivlərinə qəyyumlar təyin edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ