RU
Putin ABŞ xokkeyçisinə Rusiya vətəndaşlığı verdi
12:54
63

Putin ABŞ xokkeyçisinə Rusiya vətəndaşlığı verdi


Rusiya prezidenti Vladimir Putin Moskvanın "Dinamo” xokkey klubunda çıxış edən amerikalı xokkeyçi Brennan Menelə Rusiya vətəndaşlığının verilməsi haqqında qərarı imzalayıb. 

7NEWS.az xəbər verir ki, Minnesota ştatının Vudberi şəhərində anadan olan Menell 2022-ci ilin sentyabrından Moskvanın "Dinamo” xokkey klubunda çıxış edir. "Dinamo” rəhbərliyi Menelə Rusiya vətəndaşlığı verilməsindən məmnun olduqlarını bildirib və bu prosesin təşəbbüskarı ABŞ xokkeyçisinin olduğunu qeyd ediblər. 

Daha əvvəl Brennan Menell bəyan etmişdi ki, Rusiya vətəndaşlığını alarsa, Rusiya millisinin formasını geyinə bilər. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ