RU
Putin altı nəfərin müşayiəti ilə tualetə getdi - VİDEO
16:10
333

Putin altı nəfərin müşayiəti ilə tualetə getdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Yelisey sarayında keçirilmiş Ukrayna ilə bağlı sammitdə özünü tam olaraq təhlükəsizlikdə hiss etməyib.

7News.Az-ın məlumatına görə, bu barədə Almaniyanın "Bild” nəşri yazıb.

"Əvvəlcə videoda göründüyü kimi, Putin altı nəfərin müşayiəti ilə sarayın tualetinə girdi. Sonra Putin silahlı cangüdəni ilə iclas otağında göründü”, - deyə bildirilib.

Almaniyanın xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərindən biri "Bild”ə deyib ki, danışıqlar zamanı zalda silahlı bir insanın olması açıq şəkildə təxribat və təhdiddir.

Qeyd edək ki, dekabrın 9-da Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün "Normandiya formatı” sammitində dörd ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa liderlərinin görüşü keçirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ