Rusiya prezidenti Vladimir Putin Parisdə Almaniyanın kansleri Angela Merkel və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşüb.
Qapalı qapılar arxasında baş tutan görüş saat yarım davam edib.
Kremldən verilən məlumata əsasən, görüşdə Suriya və Ukraynadakı vəziyyət barədə müzakirələr aparılmalı idi.
Qeyd edək ki, bundan əvvəl V.Putin Parisdə iqlim sammitində ABŞ prezidenti Barak Obama ilə görüşüb./apa
7news.az








