RU
Putin:
00:05
1068

Putin: "Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları var"

"Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları var".

7NEWS.Az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

"Sonda İlham Heydər oğluna bu gün məhsuldar birgə işə görə minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, bu gün əldə olunan razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək", - Rusiya Prezidenti qeyd edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ