RU
Putin Avropa ölkələrinə viza xarakterli sanskiyanın təbiq edilməsi haqqında fərman imzalayıb
19:00
639

Putin Avropa ölkələrinə viza xarakterli sanskiyanın təbiq edilməsi haqqında fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin "Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab viza tədbirləri haqqında” fərman imzalayıb.

Sənəd hüquqi informasiya portalında dərc olunub.
Putinin imzaladığı fərmana əsasən, Rusiya Avropa İittifaqı, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza rejiminin sadələşdirilməsi sazişlərinin müəyyən bəndlərini dayandırıb.

Xüsusilə, söhbət Aİ ölkələrinin rəsmi nümayəndə heyətlərinin üzvlərindən və jurnalistlərdən gedir.

Həmçinin diplomatik pasport sahiblərinin Rusiyaya vizasız daxil ola bilməsi norması da dayandırılıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ