Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasına səfərə gəlib.
7News.Az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Məlumata əsasən, gündəmdə iqtisadi-ticarət sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri yer alıb, dövlət başçıları, həmçinin bir sıra regional və beynəlxalq problemləri müzakirə edəcəklər.








