Rusiya prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı olub.
7news.Az xəbər verir ki, Kremlin rəsmi saytında yerləşdirilən məlumata görə, Putin Əsədi Hələbin terrorçulardan azad olunması münasibətilə təbrik edib.
Rusiya lideri həmçinin qeyd edib ki, hazırda Suriya böhranının sülh yolu ilə nizamlanması üçün bütün səyləri birləşdirmək lazımdır.
Qeyd edək ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
7news.Az








