RU
Putin Bəşər Əsədi təbrik etdi
23:23
959

Putin Bəşər Əsədi təbrik etdi

Rusiya prezidentiVladimir Putin telefon danışığı zamanı Palmirin azad edilməsi münasibəti ilə Suriya prezidentiBəşər Əsədi təbrik edib.

Bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

V. Putin qeyd edib ki, Rusiya hərbi kontingentinin əsas hissəsi Suriyadan çıxsa da, Rusiya Silahlı Qüvvələri bundan sonra da terrorizmlə mübarizədə və torpaqlarını terrorçulardan azad etməkdə Suriyahakimiyyətinə kömək edəcək. B. Əsəd isə telefon danışığında vurğulayıb ki, Rusiyanın dəstəyi olmadan Palmirin İŞİD terrorçularından azad edilməsi mümkün olmazdı.

Bu gün V. Putin YUNESKO-nun baş direktoru İrina Bokovla da telefon əlaqəsi saxlayıb. Tarixi Palmir şəhərinin terrorçulardan azad edilməsi münasibəti ilə YUNESKO baş direktorunu təbrik edən V. Putin Rusiya hərbçilərinin Palmirin minalardan təmizlənməsində iştirak edəcəyini nəzərə çatdırıb./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ