Prezident Vladimir Putin bu dəfə Rusiyanın Xmelinets kənd sakini 7 yaşlı Valeriya Şatalovanı sevindirib.
7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezidentə məktub yazaraq Yeni il hədiyyəsi olaraq küçük istəyən qızın arzusunu Putin yerinə yetirib.
Şaxta baba prezidentin adından Valeriyaya haski cinsindən olan it hədiyyə edib.
7News.Az








