Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
7News.Az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitriy Peskov məlumat verib:
“Çərşənbə günü Rusiya prezidentinin təşəbbüsü ilə Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. Bu təşəbbüs Rusiya tərəfindən irəli sürülüb”.
Peskov əlavə edib ki, tərəflər arasında telefon danışığı günün ikinci yarısında reallaşcaq. Mətbuat katibi "Putin Ərdoğana cavab məktubu göndərəcəkmi" barədə sualı cavabsız qoyub.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb. Türkiyə lideri Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranan gərginliyin düzəlməsində maraqlı olduğunu ifadə edib.
Ərdoğanın barışıq məktubundan sonra Putinin ona zəng etməsi Rusiya liderinin jesti kimi qiymətləndirilir.








