RU
Putin dünyanı bölməyi təklif etdi: ABŞ razıdır?
16:30
457

Putin dünyanı bölməyi təklif etdi: ABŞ razıdır?

ABŞ Prezidenti Co Baydenin administrasiyasında Rusiyaya güzəştə getməyin tərəfdarı olan insanlar var.

7News.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

Onun sözlərinə görə, Kremlin əsas məqsədi Qərb ölkələrini, ilk növbədə ABŞ-ı Ukrayna ərazisinə buraxmamaqdır:

"Putin dünyanı bölməyi təklif edir. ABŞ-dakı o şəxslər (Rusiyaya güzəştə getmək istəyənlər - red.) də deyirlər: gəlin belə edək, bura sizin, bura da bizim ərazimizdir".

Zaqorodnyuk vurğulayıb ki, "qırmızı xətlər" daha da dərinləşsə, bu, Rusiyanın Ukrayna ilə bağlı yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq:

"Rusiya Ukraynanı "İkinci Belarus"a çevirmək istəyir".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ