RU
Putin erməni məmuru işdən qovdu
22:19
1531

Putin erməni məmuru işdən qovdu

Prezident Vladimir Putin Rusiya XİN-in kollegiya üzvlərini – ATƏT yanında daimi nümayəndə Aleksandr Lukaşeviçi və XİN-in hüquq departamentinin direktoru Kirill Gevorkyanı vəzifələrindən azad edib.

Bu barədə qurumun rəsmi internet portalında məlumat yerləşdirilib.

Putin XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru Aleksandr Pankini və silahların yayılmaması və onlara nəzarət departamentinin rəhbəri Mixail Ulyanovu yeni kollegiya üzvləri kimi təsdiq edib.

Yada salaq ki, az öncə Lukaşeviç Qarabağ məsələsində Türkiyə Baş naziri Əhməd Davudoğlunun Azərbaycana dəstək ifadə edən açıqlamasını “təxribat” adlandırmışdı./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ