7NEWS.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
O daha sonra əlavə edib:
"Qarabağın yekun statusu müəyyənləşməyib, Moskva status-kvonu qoruyub saxlayır. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşacağı halda bu status aydınlaşacaq. Dağlıq Qarabağ üçün zamana ehtiyac var, əhali evlərinə qayıtmalıdır, yaralar hələ sağalmayıb. Türk əsgərinin Qarabağın cəbhə zonasında olması haqqında deyilənlər provakasiyadır, Erdoğan özü də bunu anlayırdı. Heç kim, hətta Ermənistan özü Qarabağı müstəqil olaraq tanımayıb. Rəsmi Bakı özü Rusiya və Türkiyənin atəşkəsə birgə nəzarət edəcək sülhməramlıların arada yerləşdiriləcəyinə qərar verəcək. Rusiya-Türkiyə sülhməramlıları atəşkəsə nəzarətdə pilotsuz təyyarələrdən istifadə edəcək. Beynəlxalq hüquqda Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, buna görə ODKB (KTMT) heç vaxt müdaxilə edə bilməzdi. Ermənistana heç kim təcavüz etməyib. Ermənistanın indiki razılaşmadan imtina etməsi intihar olardı".








