RU
Putin FHN-ni ləğv edib, `KQB` yaradır
12:43
637

Putin FHN-ni ləğv edib, `KQB` yaradır

Rusiyada güc strukturlarında və hüquq-mühafizə orqanlarında irimiqyaslı islahatlar gözlənilir.

 

Məlumata əsasən 2018-ci il prezident seçkilərinə qədər indiki Federal Təhlükəsizlik Xidmətinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyi yaradılacaq. 

Federal Mühafizə Xidməti və Xarici Kəşfiyyat Xidməti bu nazirliyin tərkibinə daxil ediləcək.

Bundan əlavə Rusiyada Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı, onun səlahiyyətlərinin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi arasında bölünəcəyi qeyd olunur.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ