RU
Putin: “Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”
17:40
443

Putin: “Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”

"Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Heç kim - nə Ermənistan, nə də Azərbaycan onun inkişafında maraqlı deyil”, - deyə RF-nın dövlət başçısı bəyan edib.

V.Putin hazırda bir çox problemin olduğunu vurğulayıb:

"İnfrastruktur, Ermənistan və Azərbaycan arasındakı sərhədlərin müəyyənləşməsi (Xüsusilə heç vaxt sərhəd olmadığı yerlərdə) ilə bağlı problemlər var. Hazırda məsələlərin tənzimlənməsi üzərində iş gedir”, - deyə o, bildirib.

"Xüsusi üçtərəfli qrup yaratmışıq və bu vəziyyəti həll etmək üçün hər şeyi edəcəyik”, - deyə Putin əlavə edib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ