RU
Putin hər an döyüş əmri verə bilər
01:20
870

Putin hər an döyüş əmri verə bilər

"Rəsmi Moskva hazırda Türkiyənin vurduğu qırıcı ilə bağlı fövqəladə iclas keçirən NATO-nun qərarını gözləyir".

7news.az anspress-ə istinadən bildirir ki, bu barədə Vladimir Putinin ordunu döyüş hazırlığına gətirib-gətirməyəcəyi barədə suala cavab verən prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bilirik ki, bu dəqiqələrdə Brüsseldə NATO-nun iclası keçirilir. Oradan reaksiyanı gözləyəcəyik, Türkiyə tərəfinin fitnəkar, yolverilməz hərəkətlərinin qiymətləndirilməsini gözləyəcəyik", - Peskov bildirib.

 

Rusiya prezidenti daha əvvəl bildirib ki, "Su-24" F-16 türk təyyarəsindən "hava - hava" raketilə vurulub. Rusiya bombardmançısı bu zaman Suriya ərazisində - Türkiyənin sərhədindən altı kilometr kənarda olub. Putin vurğulayıb ki, nə pilot, nə də Rusiya təyyarəsi Türkiyə ərazisi üçün təhlükə törədmirdi.

Rusiya Müdafiə Nazirliyi də təyyarənin vurulması ilə bağlı açıqlama verib: "Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava məkanını pozmayıb. Aparılan araşdırmalar Su-24 qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozmadığını göstərir. Rusiyanın Su-24 qırıcısı "Xmeymim" aviabazasına qayıdarkən Suriya ərazisində Türkiyə F-16 qırıcısı tərəfindən vurulub" - deyə Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur.

 

Türkiyə tərəfi isə ölkənin hava sərhədlərini pozan Rusiya bombardmançısının dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığından sonra vurulduğunu bildirib. Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin "Su-24" qırıcı təyyarəsinin vurulmasında haqlı olduğunu bildirib. Onun sözlərinə görə, bununla milli təhlükəsizlik məsələsi müdafiə olunub. "Türkiyə hava məkanını pozanlara qarşı istənilən tədbirlərdən istifadə" etmək hüququna malikdi", - deyə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.Davudoğlunun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini qorumaq üçün zəruri olan bütün tədbirlərin görülməsi anında tərəddüd etməyəcək. Baş nazir təyyarənin vurulması hər hansı bir dövlətə qarşı təcavüz olmadığını vurğulayıb.

 

 Bu gün Rusiyaya məxsus "Su 24" qırıcı təyyarəsi Suriya-Türkiyə sərhədinə vurulub. Hərbi təyyarənin göyərtəsindəki olan iki pilotun paraşütlə tullanaraq xilas ola bildiyi deyilirdi. lakin sonradan rusiyalı pilota məxsus olduğu iddia edilən cəsədin görüntüsü yayılıb. Məlumata görə, təyyarə Türkiyənin hava sərhəddini pozduğu üçün vurulub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ