Rusiya prezidenti Vladimir Putin Hindistanda rəsmi səfərdədir.
Vladimir Putin Hindistanın Qoa ştatında keçiriləcək BRİCS-in (tərkibinə Braziliya, Rusiya, Hindisan, Çin və Cənubi Afrika respublikasının daxil olduğu təşkilat) 8-ci sammitində iştirak edəcək.
Rusiya lideri Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Tərəflər ölkələrarası iqtisadi və siyasi məsələləri müzakirə ediblər.
Qeyd edək ki, BRİCS sammiti 15-16 oktyabrda olacaq./qafqazinfo
7news.Az








