7NEWS.az xəbər verir ki, Rusiya parlamentinin aşağı palatası Dumada oktyabr ayında qəbul edilən "Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi”ndən Rusiyanın geri çəkilməsi üçün hazırlanan qanun layihəsi bu gün Rusiya prezidenti Vladimir Putinə təqdim edilib. Kremlin İnformasiya Portalında dərc olunan bəyanatda qanun layihəsinin Putin tərəfindən bəyənildiyi bildirilib. Putinin imzasından sonra Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin təsdiqini rəsmən geri götürüb.
7NEWS.az








