RU
Putin İrana gedir
20:49
466

Putin İrana gedir

Rusiya prezidenti danışıqlar aparacaq.

Rusiya prezidenti Vladimir Putin Tehranda İran prezidenti Həsən Ruhani və ölkənin dini lideri Əli Xamneyi ilə görüşəcək.

7news.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət rəhbərinin köməkçisi Yuri Uşakov bildirib.

“Tehran səfəri zamanı İranın dini lideri Əli Xamneyi və respublikanın prezidenti Həsən Ruhani ilə danışıqlar aparılacaq”, - Uşakov bildirib.

Onun sözlərinə görə, həmçinin ikitərəfli əməkdaşlıq, iqtisadi-investisya qarşılıqlı fəaliyyəti, nüvə energetikası, neft və qaz hasilatı ilə bağlı aktual məsələr müzakirə olunacaq.

Daha öncə Putinin noyabrın 23-də qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat yayılmışdı

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ