Rusiya prezidenti Vladimir Putin İsrailin Qəzzada planlaşdırdığı quru əməliyyatlarla bağlı çox ciddi xəbərdarlıq edib.
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki İsrail-Həmas müharibəsi 7-ci günündə Putin quru əməliyyatının bütün tərəflər üçün ciddi nəticələrə səbəb olacağını bildirib.
Quru əməliyyatlara hazırlaşan İsrail ordusu Qəzzaya raketlərlə hücuma başlayıb.
"ABŞ-ın Yaxın Şərqdəki uğursuz siyasətinin birbaşa nəticəsi olduğunu” deyən Rusiya lideri Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsinə diqqət çəkib.








