RU
Putin jurnalistləri itlə qorxutdu - Fotolar
15:00
461

Putin jurnalistləri itlə qorxutdu - Fotolar

Rusiya prezidenti Vladimir Putin yapon jurnalistlərinə müsahibədən öncə "akita-inu” cinsindən olan itini göstərib.

7News.Az "TASS”-a istinadən xəbər verir ki, Putin "Yume” (Arzu) ləqəbli itinin onu həmişə müdafiə etdiyini deyib: "Mənə dedilər ki, siz Yumeyə baxmaq istəyirsiz. Buyurun, o əla formadadır”. 



"Biz Yumeni şən və gümrah görməkdən məmnunuq. Görüşün əvvəlinin belə olacağı bizi bir qədər təəccübləndirdi. Həm də qorxduq”, - deyə KİV nümayəndələri bildirib. 

"Düz edib qorxdunuz. Çünki o ciddi itdir” - Putin yapon jurnalistələrə cavab verib.



Qeyd edək ki, bu iti Putinə 2012-ci ildə Yaponiyanın Akita prefekturasının rəhbərliyi bağışlayıb. Rusiya prezidenti isə əvəzində Akita qubernatoruna Sibir pişiyi hədiyyə edib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ