RU
Putin-Kerri görüşü baş tutdu
21:16
293

Putin-Kerri görüşü baş tutdu

Rusiyanın paytaxtı Moskvada rəsmi səfərdə olan ABŞ Dövlət katibi Con Kerri Prezident Vladimir Putinlə görüşüb.

7news.az xəbər verir ki, görüş zamanı Putin Rusiya və ABŞ-ın ən çətin problemləri birlikdə həll etmək üçün çalışdığını söyləyib.

Kerri də öz növbəsində Avstriyanın paytaxtı Vyanada Suriya böhranı ilə bağlı həyata keçirilən müzakirələri dəyərləndirib. O, sözügedən böhranla bağlı Rusiya və ABŞ-ın birlikdə daha çox uğur əldə edəcəyini söyləyib.

Bundan əlavə, Kerri Rusiya-ABŞ əməkdaşlığından dolayı Putinə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət kaitibi Con Kerri Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ