RU
Putin koronavirusun CİDDİ nəticələri barədə DANIŞDI
16:20
378

Putin koronavirusun CİDDİ nəticələri barədə DANIŞDI

Koronavirusla bağlı vəziyyət 2008-2009-cu illərdəki maliyyə böhranından daha ciddi problemlərə yol açacaq.

7News.Az-ın RT-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya lideri Vladimir Putin G20 sammitindəki çıxışı zamanı söyləyib.

"Görünən budur ki, yeni koronavirus pandemiyası ilə əlaqəli problemlər 2008-2009-cu illərdəki maliyyə böhranından daha genişmiqyaslı sarsıntılara səbəb olacaq, ticari münaqişələr və sanksiyalar isə tənəzzülü daha da artıracaq", - deyə Putin qeyd edib.

Onun sözlərinə əsasən, koronavirus fonundakı işsizlik 2009-cu ilin göstəricilərini keçəcək.

Prezident vurğulayıb ki, işsizliyin dinamikası aparılan anti-böhran tədbirlərinin səmərəliliyinin əsas göstəricisi olacaq.
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ