RU
Putin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətini ləğv etdi
01:45
185

Putin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətini ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin ləğv edilməsi haqqında fərman imzalayıb.

7news.az Report-a istinadən xəbər verir ki, sənəd çərşənbə axşamı Hüquqi İnformasiya rəsmi internet portalında dərc olunub.

Putin baş nazir Dmitri Medvedevin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin Federal Xəzinədarlığa birləşdirilməsi, eyni zamanda valyuta nəzarəti işinin Federal Vergi Xidməti və Federal Gömrük Xidmətinə verilməsi təklifi ilə razılaşıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ