Rusiya prezidenti Vladimir Putin idman naziri Vitali Mutkonun baş nazirin müavini vəzifəsinə namizədliyini təsdiqləyib.
Mutkonun bu vəzifəyə təyinatını baş nazir Dmitri Medvedev təklif edib.
V. Mutko idman, turizm və gənclər siyasəti sahələrinə nəzarət edəcək.
Qeyd edək ki, hazırda hökumətdə gənclər siyasəti və turizm sahələrinə baş nazirin müavini Olqa Qolodeç, bədən tərbiyəsi və idmanın inkişafı sahələrinə isə Arkadiy Dvorkoviç rəhbərlik edir.
Xatırladaq ki, V. Mutko idman naziri vəzifəsinə 2008-ci ilin mayında təyin olunub. Bu il sentyabrın 26-da o, Rusiya Futbol İttifaqının prezidenti seçilib./lenta.ru
7news.Az








