RU
Putin məşqdə barmağını zədələdi - YENİLƏNİB + VİDEO
10:50
245

Putin məşqdə barmağını zədələdi - YENİLƏNİB + VİDEO

Rusiya prezidenti Vladimir Putinməşq zamanı barmağını zədələyib.

Bu, Soçidə cüdo millisi üzvlərinin məşqi zamanı baş verib.

Bildirilir ki, tatamiyə çıxan Putin əksər idmançılarla məşq edib.

Lakin çempion Beslan Mudarovla sparrinq zamanı Rusiya prezidenti barmağını zədələyib.

---

Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Rusiyanın cüdo yığması ilə birgə tatamiyə çıxmağı planlaşdırır.

Bu barədə rusiyalı dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"O, (Putin - red.) uzun müddətdir ki, onlarla məşq etmir”, - deyə D.Peskov bildirib.

Qeyd edək ki, V.Putin 11 ildir ki, əlbəyaxa döyüş növləri, o cümlədən, cüdo və sambo ilə məşğul olur. İdman ustası dərəcələri var. 2006-cı ildə Avropa Cüdo İttifaqının fəxri prezidenti olub. 2010-cu ildə isə Yönin Cənubi Koreya Universitetində "cüdo sahəsinin doktoru” diplomunu alıb. Bundan başqa, karate üzrə qara kəmərə sahibdir.

Rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ