RU
Putin Misirə aviauçuşları qadağan etdi
23:50
425

Putin Misirə aviauçuşları qadağan etdi

Rusiya prezidenti Vladimir Putin noyabrın 8-dən Rusiyadan Misir Ərəb Respublikasına aviauçuşları müvəqqəti qadağan edən sərəncam imzalayıb.

Müvafiq informasiya rəsmi saytda yerləşdirilib.

“Rusiya aviaşirkətlərinə Rusiya Federasiyası ərazisindən Misir ərazisinə hava uçuşları həyata keçirmək müvəqqəti qadağan edilir” – sənəddə deyilir.

Az öncə Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTB - FSB) A321 sərnişin təyyarəsinin qəza səbəbi tam aydınlaşanadək Misirlə aviaəlaqəni dayandırmaq ideyasını dəstəkləmişdi./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ