RU
Putin:
23:21
529

Putin: "NATO Rusiyanın milli təhlükəsizliyini təhdid edir"

Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini ölkəsinin milli təhlükəsizliyinə təhdid olaraq, dəyərləndirən strateji sənədi imzalayıb.

7news.az musavat.com-a istinadən xəbər verir ki, sənəddə Rusiyanın müstəqil daxili və xarici siyasətinə ABŞ və müttəfiqlərinin təhlükə yaratdığı deyilir.

2014-cü ildə Ukraynada başlayan böhran Rusiya ilə Qərbin münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu.

Həmin il Putinin məsləhətçisi Mixail Popov son illərdə NATO-nun genişlənməsini və Rusiya sərhədlərinə yaxınlaşmasını ölkənin təhlükəsizliyinə təhdid olaraq dəyərləndirmişdi.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ