“İndi qərar qəbul etmək real deyil”.
Ermənistanın Silahlı Qüvvələri və milli təhlükəsizlik sistemləri Dağlıq Qarabağ ərazisində həyata keçirilən təxribatlara adekvat reaksiya vermək iqtidarındadırlar.
Bu barədə Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatının baş katibinin müavini Valeri Semerikov Ermənistanın adekvat reaksiyasının olmamasına dair suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, kollektiv qüvvələrin tətbiqi ilə əlaqədar istənilən fəaliyyətə Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır, reaksiyanın olmaması isə bəlkə də az zamanın keçməsi ilə əlaqədardır.
“Ən azından regionda yaranan problemin bütün kəskinliyini prezident Serj Sarkisyan Düşənbədə sammitdə ətraflı şəkildə səsləndirib.
Məsələyə dövlət rəhbərləri tərəfindən böyük diqqət ayrılıb. BMT-nin Baş Assambleyasında Ermənistan xarici işlər naziri Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatı üzrə həmkarlarına məsələni nazirlərin görüşündə çatdırıb”, - Valeri Semerikov qeyd edib.
O, indi qərarın qəbul edilməsinin real olmadığını, bunun üçün nizami orqanların qəbul etdiyi siyasi qərarın lazım olduğunu vurğulayıb.
“Nizami orqanlar yaranan vəziyyəti diqqətdən kənarda qoymayırlar”, - Semerikov əmin edib./oxu
7news.az








