RU
“Putin NATO”sunun rəhbəri
22:45
1052

“Putin NATO”sunun rəhbəri

“Münaqişənin hərbi həlli yoxdur”.

Dağlıq Qarabağ ətrafında münaqişə yalnız siyasi yolla, mövcud və səlahiyyətli beynəlxalq mexanizmlər çərçivəsində nizamlana bilər, münaqişənin hərbi həlli yoxdur.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyujanın adından yayılan bəyanatda bildirilir.

“KTMT katibliyi təmas xəttində yaranmış vəziyyəti diqqətlə izləyir. KTMT-yə üzv dövlətlərin bu məsələ ilə bağlı mövqeyi dəfələrlə açıqlanıb – atəşin dayandırılması və Dağlıq Qarabağ münaqişəsinin dinc həlli, onun davam etməsi isə bütün Qafqaz regionunda sabitliyin pozulmasına gətirə bilər. Aydın olan budur ki, hamıya yalnız sülh lazımdır”, - deyə, təşkilatın Baş katibi bildirib. /oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ