RU
22:31
476

"Putin onları öldürdüsə, sübut edin"

Rusiya Prezidenti Vladimir Putinə haqsızlıq etməməliyik. Siz onun insanları öldürdüyünü deyisiniz. Lakin mən belə bir şey görmədim. Sizdə bunu sübut edəcək hər hansı fakt varmı?

7news.az xəbər verir ki, bu sözləri ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABC telekanalının verilişində yayımlanan “Zis Vik” verilişinin aparıcısına ünvanlayıb.

Aparıcı Corc Stefanolopus Trampla müzakirəsi zamanı Rusiyada 2006-cı ildə jurnalist Anna Politkovskayanı Putinin öldürdüyünə dair faktların olduğunu deyib.

Bundan sonra isə Tramp Putini müdafiə etməyə başlayıb:

“Putinin kimisə öldürdüyünə dair hər hansı fakt yoxdur. Birinin jurnaslitləri öldürdüyünü deyirsinizsə, bunu sübut etməyinizi istərdim. Lakin Mən bununla bağlı heç bir fakt görmədim. Təqsiri sübuta yetirilənə qədər hər kəs günahsızdır. Ən azından bizim ölkəmizdə belədir. Əslində, bizim ölkəmizdə də xeyli insan ölüb. Hillari Klinton dövlət katibi olduğu vaxt olduqca dəhşətli qərarlar verdi və minlərlə insan öldürüldü. Yaxın Şərqdə etdiklərimizə baxın. Bunları etməməliydik”.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ