RU
Putin-Paşinyan görüşünün tarixi açıqlandı
10:20
305

Putin-Paşinyan görüşünün tarixi açıqlandı

Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşünün tarixi açıqlanıb.

7News.Az "İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün sentyabrın 8-də baş tutacağını bildirib. 

Qeyd edək ki, Ermənistan baş nazirinin Rusiyaya səfəri ölkədə hakimiyyət dəyişikliyindən sonra sayca üçüncü olacaq. İlk dəfə Paşinyan Putinlə mayın 14-də görüşüb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ