Kreml Rusiya və Ukrayna prezidentlərinin görüş şərtlərini açıqlayıb.
7News.Az xəbər verir ki, Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Rusiya ilə Ukrayna arasında ünsiyyət hazırda minimum səviyyəsindədir:
"Rusiyanın Ukraynaya səfir təyin etməsi ilə bağlı heç bir informasiya yoxdur. Prezident Putinə gəlincə, o, Ukrayna lideri Petro Poroşenko ilə Krım təxribatından sonra danışmayıb. Lakin lazım gələrsə, Putin belə bir görüşə hazır olacaq”.
Peskov hələ ki, belə bir görüşün nəzərdə tutulmadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, prezident Putin hesab edir ki, belə bir görüşün ancaq nazirlər səviyyəsində hər hansı nəticə əldə olunduqdan sonra mənası ola bilər.
Kreml rəsmisi onu da əlavə edib ki, Putin bu görüşə Minsk razılaşmasının həyata keçirilməsi məqsədi ilə gedə bilər.








