RU
Putin Prezident İlham Əliyevlə ŞƏT-in sammitində görüşəcək
18:27
20

Putin Prezident İlham Əliyevlə ŞƏT-in sammitində görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

7NEWS.Az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putin sammitdə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə görüş keçirəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ