Rusiya Prezidenti Vladimir Putin nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilənin ratifikasiya olunmadan geri çağırılması ilə bağlı qanunu imzalayıb.
Bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, müqavilə 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Onu 178 ölkə ratifikasiya edib, ancaq ABŞ hələ ki bu addımı atmayıb.








