Rusiya prezidenti Azərbaycan və Ermənistana müraciət edib.
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların bərpası haqqında məlumatlardan dərin narahatlıq hissi keçirir.
7News.Az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin münaqişə tərəflərini dərhal atəşkəsi bərpa etməyə çağırır”, - deyə, Peskov vurğulayıb.
7News.Az








