Rusiyanın prezidenti Vladimir Putin Roma Papasını 80 illik yubileyi münasibətilə təbrik edib.
Bu barədə məlumat Kremlin rəsmi interne səhifəsində dərc edilib.
Putin deyib: "2013 və 2015-ci illərdə Vatikanda baş tutan söhbətlərimizi xatırlayıram. Ümid edirəm ki yaxın vaxtlarda sizinlə yenə görüşəcəyik və dünyanın problemlərini müzakirə edəcəyik".
Putin eyni zamanda qeyd edibki, pravoslavlar və katoliklər arasındakı münasibətlərdə tarixi dönüşün yaranmasında və Rusiya ilə Vatikan münasibətlərinin möhkəmlənməsində pontifikin rolu böyük olub./olke.az
7news.Az








