RU
Putin Roqozini Bakıya təcili niyə göndərdi?
11:54
1435

Putin Roqozini Bakıya təcili niyə göndərdi?

Bakıya gözlənilməz səfər edən Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

7News.Az xəbər verir ki, bu barədə Rusiyanın “Komersant” qəzeti məlumat yayıb.

KİV Roqozinin Bakıya gözlənilməz səfərinin bəzi detallarını açıqlayıb.

İddia edilir ki, enerji resurslarının qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar Azərbaycanın Rusiyadan aldığı silahların ödənişində müəyyən problemlər yaranıb.

Roqozinin Bakıya səfəri zamanı bu məsələlər ətrafında Azərbaycan rəsmiləri ilə müzakirələr aparacağı qeyd edilib.

Bundan əlavə, Azərbaycan tərəfinin Roqozinlə görüşdə Rusiyanın Ermənistana silah satması məsələsinə də münasibət bildirəcəyi gözlənilir.

Rusiya KİV-lərinin yaydığı xəbərə görə, Roqozinin Bakı səfəri texniki xarakter daşıyır.

“Silah satışı müqavilələri üzrə çətinliklər yaranıb”-deyə bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ