Silahlı Qüvvələrin regional hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetiriləcək.
Prezident Vladimir Putinin tələbi ilə Rusiya Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılması başlanıb.
7News.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə informasiya agentlikləri Rusiya müdafiə naziri Sergey Şoyquya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yoxlama Moskva vaxtı ilə saat 7:00-da başlayıb.
Yoxlama hərbi və səfərbərlik hazırlığını yoxlamaq üçün aparılır və iyunun 22-nə qədər davam edəcək. Yoxlamanın zamanı Silahlı Qüvvələrin regional hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetiriləcək.
Bununla yanaşı, nazirin sözlərinə görə, Silahlı Qüvvələrin səfərbərlik sahəsinə də diqqət ayrılacaq, o cümlədən də ehtiyat birləşmələrinin, silah və texnika ehtiyatlarının vəziyyəti yoxlanılacaq.
Şoyqunun sözlərinə görə, qoşunların idarə sisteminin hazırlıq səviyyəsi, əsasən də, bölüklərin və cəlb edilən birləşmələrin səhra səyyar idarə məntəqələri yaradılacaq.








