RU
Putin Rusiyada sosial sabitliyi təmin etməklə bağlı fərman imzalayıb
19:35
112

Putin Rusiyada sosial sabitliyi təmin etməklə bağlı fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasında sosial-iqtisadi sabitliyin təmin edilməsi və əhalinin müdafiəsi tədbirləri haqqında” fərman imzalayıb.

7NEWS.Az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin regionların rəhbərliyindən sosial-iqtisadi sabitliyi təmin etmək üçün kompleks tədbirlər görməyi tələb edib.
"Qərar verirəm: Rusiya Federasiyasının təsis qurumlarının yüksək vəzifəli şəxsləri müvafiq ərazilərin coğrafi xüsusiyyətlərini nəzərə alaraq, sosial-iqtisadi sabitliyin təmin edilməsi üçün kompleks tədbirlər görsünlər", deyə Kremlin dərc etdiyi prezidentin sərəncamının mətnində deyilir.

Kremlin mətbuat xidməti xəbər verir ki, Putin çətin vəziyyətə düşmüş müxtəlif kateqoriyadan olan Rusiya vətəndaşlarına zərurət yarandığı təqdirdə nağd ödənişlər etmək üçün dəstək tədbirləri görməyə göstəriş verib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ