RU
13:40
313

"Putin seçkilərdə uduzmağımı istəyirdi" — Hillari Klintondan İDDİA

ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton yeni açıqlama ilə çıxış edib.

Xanım Klinton bildirir ki, Donald Trampın köməkçiləri 2016-cı ildə keçirilən seçkilərdə Rusiyanın müdaxiləsinə şərait yaradıblar və Putin onun məğlubiyyətini istəyib.

Hillari deyib: "Əlaqə dəqiq olub. Trampla Rusiya arasında hansısa razılaşma da var. Çünki mən əminəm ki, Putin mənim məğlubiyyətimi, Trampın qələbəsini istəyirdi. Şübhə etmirəm ki, Trampın qərargahı və digər köməkçiləri Rusiya ilə əlaqələri var qüvvələri ilə gizlədirlər".

Klintonun sözlərinə əsasən Trampın köməkçiləri arasında razılaşma olub: "Mən hüququn ali olduğuna inanıram. Mən dəlillərə inanıram. Bu səbəbdən heç bir bəyanat səsləndirməyəcəm. Amma o vaxtdan, yəni seçkilərdən bu yana öyrəndiklərimiz narahat olmağa əsas verir".

Hillari seçkilərdəki məğlubiyyətdən sonra hələ də özünə gəlmədiyini etiraf edib: "Baş verənlərə görə həmişə özümü pis hiss edəcəm. Qarşılaşdığım hadisələrə vaxtında reaksiya verə bilmədiyim üçün özümü qınayıram"./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ