RU
Putin separatçı “DXR” və “LXR”-i tanımaq barədə Dumanın müraciətinə münasibət bildirib
19:03
381

Rusiya prezidenti Vladimri Putin Dövlət Dumasının Ukraynanın sepratçı Luqansk və Donetsk xalq respublikalarının tanınması çağırışlarına münasibət bildirib.

Putin Almaniya federal kansleri Olaf Şolts ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ukrayna ərazisindəki separatçı qurumların müstəqiliyinin tanınması ilə bağlı Dumanın çağırışını şərh edib.
Rusiya prezidenti deputatların Donbas sakinlərinin kədərini bölüşən seçicilərə qarşı həssas olduğunu söyləyib: "Dövlət Dumasında səsvermə, məncə, bu və ya digər şəkildə, əlbəttə, bununla bağlıdır. Çünki parlamentin deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi rəhbər tuturlar, özlərinin seçicilərinin rəyini rəhbər tuturlar. Bu baxımdan, tamamilə aydındır ki, ölkəmizdə insanların böyük əksəriyyəti Donbas sakinlərinin dərdinə şərikdir, onları dəstəkləyir və orada vəziyyətin yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ