RU
Rusiya İstintaq Komitəsi: Solovyovun avtomobilinin partladılması planlaşdırılıb - YENİLƏNİB
19:50
994

Rusiya İstintaq Komitəsi: Solovyovun avtomobilinin partladılması planlaşdırılıb - YENİLƏNİB

Rusiyalı jurnalist və teleaprıcı Vladimir Solovyovun öldürülməsinə cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində 6 nəfər saxlanılıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin "Telegram” kanalı məlumat yayıb.
"Jurnalist Vladimir Solovyovun öldürülməsinə cəhdlə bağlı cinayət işi üzrə 6 nəfər saxlanılıb... Cinayətin 6 iştirakçısı neonasist terror təşkilatı "National Socialism/White Power"ın üzvləridir”, - məlumatda bildirilib.

Cinayətin Moskva şəhəri ərazisində jurnalistin avtomobilini partlatmaqla həyata keçirilməsi planlaşdırılıb.



15:25

"Kiyevin göstərişi ilə məşhur rusiyalı jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran neonasistlər saxlanılıb”.

7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumatda bildirilib.

"Rusiya FTX İstintaq Komitəsi ilə birlikdə Rusiyada qadağan edilmiş "National Socialism/White Power” neonasist terror təşkilatının Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə ictimai xadim, tanınmış jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiya vətəndaşlarından ibarət olan bir qrup üzvünü saxlayıb”, - məlumatda qeyd olunub.

Vurğulanıb ki, axtarışlar zamanı saxlanılan şəxslərdən 8 ədəd "Molotov kokteyli” tipli yandırıcı vasitə, 6 ədəd "PM” tapançası, kəsilmiş ov tüfəngi, bir RQD-5 qumbarası, mindən çox müxtəlif çaplı patron, narkotik vasitə, saxta Ukrayna pasportları, qrup üzvlərinin fotoşəkilləri, millətçi ədəbiyyat və əşyalar götürülüb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ