Rusiya prezidenti zərurət yarandıqda HHM sistemlərindən istifadə edəcəklərini bildirib.
Rusiya lazım olarsa, Suriyada bir neçə saat ərzində hərbi qruplaşmasını artırmaq iqtidarındadır.
Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalının yayımladığı Suriyada hərbi əməliyyatların yerinə yetirilməsində fərqlənən hərbçilərə və mütəxəssislərə dövlət mükafatlarının təqdim edilməsi mərasimində bildirib.
Putin qeyd edib ki, Rusiya Suriyadakı terror təşkilatlarının mövqelərinə zərbələri davam etdirəcək.
Həmçinin Putin bəyan edib ki, Suriyada yerləşən Rusiya hava hücumundan müdafiə (HHM) vasitələrini təhlükə hesab etdiyi bütün hədəflərə qarşı tətbiq edəcək./oxu
7news.Az








