Suriya münaqişəsi Rusiya, Türkiyə və İranın birgə mübarizəsi nəticəsində həll olunur.
Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində Parlamentlərarası ittifaqın assambleyanın açılışında çıxış edərkən deyib. Onun sözlərinə görə, 3 dövlətin birgə imzaladığı saziş və həmin sövdələşməyə uyğun aparılan mübarizə sayəsində bölgədə gərginlik azalıb.
Aparılan işlər sayəsində Suriyada hökumət qüvvələrilə müxalifət arasında dialoq şərtlərinin yarandığını deyən Putin, müharibədən sonra bu ölkənin abadlaşdırmağın vacibliyini ifadə edib. Onun sözlərinə görə, müharibədən sonra Suriyanın yenidən qurulması beynəlxalq səviyyədə aparılmalıdır.
"Regiondakı ölkələr də Suriyanın yenidən qurulması üçün sosial-iqtisadi güclərini birləşdirməlidirlər”, - deyə Putin qeyd edib./olke.az
7news.Az








