“Suriya probleminin həllində Bəşər Əsəd rejimini İŞİD və bənzər terrorçu təşkilatlarla mübarizə apara biləcək qədər gücləndirməkdən başqa çarə yoxdur. Bənzər vəziyyətin İraqda da mövcud olduğunu görürük. Orda da eyni addımlar atılmalıdır.”
Bu fikirlər BMT-nin növbəti toplantısında çıxış etmək üçün Nyu-yorka getməyə hazılaşan Rusiya prezidenti Vladimir Putin səsləndirib.
Rusiyalı prezident CBS telekanalına verdiyi müsahibəsində onu da əlavə edib ki, Suriya hökuməti rasional müxalifətlə dialoqa getməli, ölkədə bəzi islahatlar aparmalıdır.
Qeyd edək ki, ABŞ administrasiyası Putinin bu səfərindən xeyli həvəslənib problemlərin birgə müzakirəsiylə həll olunacağına ümid edirdi. Bu ayın 28-də Obamayla Putin arasında aparılacaq danışıqlarında qlobal səviyyəli bəzi məsələrlərin həll ediləcəyi gözlənilirdi.
Putinin bu qədər açıq şəkildə Bəşər Əsədin tərəfini saxlaması, çox güman ki, Vaşinqtonda xəyal qırıqlığına səbəb olacaq.
7news.az








