Rusiya Federasiyası Tataristan Respublikasının prezidenti Rüstəm Minnihanov dekabrın 14-15-i tarixlərində Türkiyədə səfərdə olacaq.
7News.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin Kazandakı Baş konsulu Turhan Dilmaç bildirib.
T.Dilmaç deyib ki, prezident Rüstəm Minnihanov Türkiyəyə böyük nümayəndə heyəti ilə gedəcək:
"Səfər çərçivəsində Rüstəm Minnihanov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımla görüşəcək. Görüşlərdə əsasən ticarət və mədəni münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq”.
7News.az








