Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
7NEWS.Az-ın xəbərinə görə, Kremldə keçirilən növbədənkənar iclasda Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri iştirak edir.
Rusiya dövlət başçısının rəhbərliyi ilə keçirilən iclas Ukraynanın cənub-şərqindəki vəziyyətə həsr olunub.
Putin iclasda "Donetsk və Luqansk Xalq Respublikaları"nın rəhbərlərinin müstəqilliyinin tanınması ilə bağlı müraciətlərinin müzakirə olunacağını açıqlayıb.
7NEWS.Az








